...

Rusiyada bir gündə 18 mindən çox yoluxma qeydə alındı

Dünya xəbərləri Materials 30 Oktyabr 2020 12:11 (UTC +04:00)
Rusiyada bir gündə 18 mindən çox yoluxma qeydə alındı

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 1,59 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 18 283 nəfər virusa yoluxub, 355 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 599 976 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 27 656 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 200 560 nəfər virusdan sağalıb, 371 760 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti