...

İranda ötən sutkada 9 minə yaxın şəxs koronavirusa yoluxub, 422 nəfər ölüb

Dünya xəbərləri Materials 3 Noyabr 2020 14:43 (UTC +04:00)
İranda ötən sutkada 9 minə yaxın şəxs koronavirusa yoluxub, 422 nəfər ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 8 932 nəfər koronavirusa (COVID-19) yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu viursa yoluxanların sayı 637 712 nəfərə çatıb. Virus daşıyıcılarından 5 378 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 422 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 36 160 nəfərə yüksəlib.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 495 473 nəfər koronavirusdan sağalıb.

Sadat Lari qeyd edib ki, İranın Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtuyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 5,03 milyondan çox diaqnoz testi həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti