...

Ermənistanda son sutkada 2 413 nəfər koronavirusa yoluxdu, 28 nəfər öldü

Dünya xəbərləri Materials 5 Noyabr 2020 11:16 (UTC +04:00)
Ermənistanda son sutkada 2 413 nəfər koronavirusa yoluxdu, 28 nəfər öldü

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 99 563 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 2 413 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 28 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 476 nəfər koronavirusdan ölüb, 37 952 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti