...

Yunanıstanda ümummilli karantin tətbiq olunur

Dünya xəbərləri Materials 5 Noyabr 2020 15:49 (UTC +04:00)
Yunanıstanda ümummilli karantin tətbiq olunur

Bakı. Trend:

Yunanıstanda koronavirus pandemiyasının geniş yayılması ilə əlaqədar ümummilli karantin rejimi tətbiq olunur.

Trend-in məlumatına görə, bu barədə ölkənin Baş naziri Kiriakos Mitsotakis deyib.

O bildirib ki, karantin rejimi noyabrın 7-də qüvvəyə minəcək və noyabrın 30-dək davam edəcək.

Qeyd edək ki, son günlərdə yoluxma hallarının artması ilə əlaqədar İtaliya, Fransa, Böyük Britaniya kimi Avropa ölkələri sərt karantin rejimini bərpa edib.

Yunanıstanda son bir neçə gün ərzində gündəlik yoluxma sayı 2 mini ötüb.

Bu günədək ölkədə 47 minə yaxın şəxs koronavirusa yoluxub, 673 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti