...

Britaniyada koronavirusa ötən sutkada 25 minə yaxın yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 8 Noyabr 2020 00:16 (UTC +04:00)
Britaniyada koronavirusa ötən sutkada 25 minə yaxın yoluxma qeydə alınıb

Bakı. Trend:

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 24 957 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 171 441 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 413 nəfər ölüb, ölənlərin ümumi sayı 48 888 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti