Bakı. Trend:
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 496 mindən çox artıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 496 892 nəfər yeni koronavirusa yoluxub, 7 697 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 62 363 527, ölənlərin isə 1 456 687 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.