...

Çexiyada koronavirusa qarşı vaksiynasiya dekabrın 27-si başlayacaq

Dünya xəbərləri Materials 21 Dekabr 2020 03:19 (UTC +04:00)
Çexiyada koronavirusa qarşı vaksiynasiya dekabrın 27-si başlayacaq

Bakı. Trned:

Çexiyada yeni növ koronavirusa (COVİD-19) qarşı vaksinasiya dekabrın 27-si başlayacaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş naziri Andrey Babiş deyib.

A.Babiş bildirib: "Koronavirusa qarşı vaksinlərin ilk partiyası ölkəyə dekabrın 26-sı gətirilərsə, Çexiyada koronavirusa qarşı ilk vaksin dekabrın 27-si istifadə olunacaq".

Baş nazirin vaksinasiyadan keçmək niyyətindədir, lakin səhhətindəki problemlərlə əlaqədar bu məsələni həkimi ilə müzakirə edəcək. Onun vaksinasiya olunması ilə bağlı qərar növbəti həftə açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti