...

İsveçdə koronavirusun yeni ştammına ilk yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 26 Dekabr 2020 22:05 (UTC +04:00)
İsveçdə koronavirusun yeni ştammına ilk yoluxma halı qeydə alınıb

Bakı. Trend:

İsveçdə koronavirusun Böyük Britaniyada aşkarlanan yeni ştammına ilk yoluxma halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu mətbuat konfransı zamanı İsveçin Səhiyyə İdarəsinin nümayəndəsi Sara Büfors deyib.

S.Büfors bildirib: "Södermanland əyalətində Böyük Britaniyada aşkarlanan mutasiyaya uğramış koronavirus variantına yoluxma qeydə alınıb". Onun sözlərinə görə, koronavirusun yeni ştammına yoluxan şəxs Böyük Britaniyadan gəlib və ölkəyə girdiyi zamandan karantində olub.

Səhiyyə İdarəsinin nümayəndəsi Böyük Britaniyadan İsveçə gələnləri koronavirus testindən keçməyə və təcrid olunmağa çağırıb.

Qeyd edək ki, dekabrın 14-ü Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib ki, britaniyalı alimlər ölkədə koronavirusun yeni mutasiyasını aşkarlayıblar. Onun sözlərinə görə, ilkin araşdırmalar göstərib ki, sözügedən ştamm digər ştammlardan daha sürətli yayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti