Bakı. Trend:
ABŞ-ın Nyu-York ştatında koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb.
Trend-in məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Məlumata əsasən, haızrkı dövrədək Nyu-Yorkda 1 011 665 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Koronavirusa yoluxanlardan 38 273 nəfəri vəfat edib.