...

İndoneziyada qəzaya uğrayan təyyarə tamamilə parçalanıb - HDQ

Dünya xəbərləri Materials 10 Yanvar 2021 11:01 (UTC +04:00)
İndoneziyada qəzaya uğrayan təyyarə tamamilə parçalanıb - HDQ

Bakı. Trend:

Yava dənizində qəzaya uğrayan "Sriwijaya Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi tamamilə parçalanıb.

Trend-in məlumatına görə, bunu təyyarənin axtarışlarında iştirak edən İndoneziyanın Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Edi Tartayas deyib.

E.Tartayas bildirib: "Biz dənizdə çox sayda qalıqlar aşkar edirik, hesab edirik ki, təyyarə tamamilə parçalanıb".

Xatırladaq ki, ötən gün İndoneziyanın "Sriwijaya Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Yava dənizində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində azı 65 nəfər olub (10-u uşaq olmaqla 53 sərnişin və 12 ekipaj üzvü).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti