...

Yaponiyada qar təmizləyərkən 60 nəfər həlak olub

Dünya xəbərləri Materials 19 Yanvar 2021 10:41 (UTC +04:00)
Yaponiyada qar təmizləyərkən 60 nəfər həlak olub

Bakı. Orxan Nəbiyev - Trend:

Yaponiyanın şimalında qarın təmizlənməsi zamanı 60 nəfər həlak olub.

Trend-in məlumatına görə, Honsü və Hokkaydo adalarında dekabr ayından etibarən fasiləsiz qar yağır.

Ölkə rəhbərliyi qarın təmizlənməsi üçün bölgəyə əlavə qüvvələr göndərməli olub.

Qeyd olunur ki, həlak olanların əksəriyyəti evlərini qardan təmizləyən yaşlı insanlar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti