...

Rusiyada növbəti koronavirus vaksini qeydiyyata alınacaq

Dünya xəbərləri Materials 18 Fevral 2021 14:36 (UTC +04:00)
Rusiyada növbəti koronavirus vaksini qeydiyyata alınacaq

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada fevralın 20-də növbəti koronavirus vaksininin qeydiyyata alınması planlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akasdemiyası bildirib.

Qeyd olunub ki, "Kovivak" vaksininin qeydiyyat sənədləri yanvar ayında əldə olunub.

"Kovivak"ın genişmiqyaslı sınaqların 3 minədək könüllünün iştirakı nəzərdə tutulur.

Vaksinin sınaqlarının ilk iki mərhələsində 400 könüllü iştirak edib. Hər hansı fəsadlar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti