...

İranda bir gündə 77 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 19 Fevral 2021 14:53 (UTC +04:00)
İranda bir gündə 77 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 77 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 59 341 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 017 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 558 159 nəfərə çatıb. Virus daşıyıcılarından 3 669 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 331 162 nəfər koronavirusdan sağalıb, 10,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranda koronavirusa yoluxma üzrə 11 rayon qırmızı, 52 rayon narıncı, 217 rayon sarı, 168 rayon isə mavi zona hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti