...

Merkel "AstraZeneca" vaksini ilə peyvənd olunub

Dünya xəbərləri Materials 16 Aprel 2021 17:57 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Almaniya kansleri Angela Merkel koronavirusa qarşı "AstraZeneca" vaksini ilə peyvənd olunub.

Trend-in məlumatına görə, bunu Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert deyib.

A.Merkelin vaksinin birinci dozasını vurdurduğu deyilir.

Qeyd edək ki, bir müddət əvvəl Almaniya prezidenti Frank-Valter Ştaynmayer həmin vaksinlə peyvənd olunmuşdu.

Almaniyada "AstraZeneca" vaksini ilə 60 yaşdan yuxarı şəxslər peyvən olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti