...

Aralıq dənizində 130-a yaxın miqrant qayığın aşması nəticəsində öldü

Dünya xəbərləri Materials 23 Aprel 2021 04:50 (UTC +04:00)
Aralıq dənizində 130-a yaxın miqrant qayığın aşması nəticəsində öldü

Bakı. Trend:

Liviya sahillərində qanunsuz miqrantlar olan qayığın aşması nəticəsində təxminən 130 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə SOS Mediterranee adlı qeyri-hökumət təşkilatı bildirib.

Ona məxsus Ocean Viking gəmisi ərazidə batmaqda olan üç gəmi haqqında məlumat aldıqdan sonra Liviya sahillərindəki beynəlxalq sulara göndərilib:

"Bu gün hadisə yerinə gəldiyimiz vaxtdan qəza baş verən ərazidə ən azı 10 cəsəd gördüyümüzə baxmayaraq, bir nəfər də olsun sağ qalanı tapa bilmədik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti