...

Qırğızıstan və Tacikistan münaqişənin həllinə dair bəyanat imzalayıblar

Dünya xəbərləri Materials 30 Aprel 2021 03:55 (UTC +04:00)
Qırğızıstan və Tacikistan münaqişənin həllinə dair bəyanat imzalayıblar

Bakı. Trend:

Qırğızıstan və Tacikistan Batken və Suğd vilayətlərinin sərhəd bölgələrindəki silahlı münaqişənin həllinə dair bəyanat imzalayıblar.

Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bəayantda bildirilir ki, tərəflərin təşəbbüsü ilə yaradılmış komissiya sərhəddəki hadisənin səbəblərini və nəticələrini müzakirə edib.

Müzakirələrin yekunları üzrə tərəflər bir sıra məsələlər üzrə razılığa gəliblər:

- silahlı münaqişənin dayandırılması;

- şəxsi heyəti və hərbi texnikanı daimi yerlərinə qaytarmaq;

- gərginliyin artmasının qarşısını almaq üçün tədbirlər görmək;

- planlaşdırılan tədbirlərin tam icrası üçün iki ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları və icra hakimiyyəti orqanlarının əməkdaşlarından birgə işçi qrupu yaratmaq;

- iki dost xalqın və dövlətin mənafeyi naminə səmərəli danışıqlar prosesi üçün müvafiq sabitləşdirici şərait yaratmaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti