...

Əfqanıstan-Pakistan sərhədində hərbçilərə hücum olub - Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 5 May 2021 12:58 (UTC +04:00)
Əfqanıstan-Pakistan sərhədində hərbçilərə hücum olub - Ölən və yaralananlar var

Bakı. Orxan Nəbiyev - Trend:

Əfqanıstan-Pakistan sərhədində silahlı şəxslər pakistanlı sərhədçilərə hücum edib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 4 sərhədçi həlak olub, daha 6 nəfər yaralanıb.

Qeyd olunur ki, sərhədçilər Bəlucistan əyalətində patrul zamanı pusquya düşüb.

Hücumdan sonra silahlıların tapılması üçün əməliyyat başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti