...

İranda ötən sutka 338 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 6 May 2021 13:51 (UTC +04:00)
İranda ötən sutka 338 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 338 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 73 906 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 18 409 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 610 018 nəfərə çatıb. Virus daşıyıcılarından 5 515 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 2 057 692 nəfər koronavirusdan sağalıb, 16,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 1,42 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1,18 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 244 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 102 rayon qırmızı və 235 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 111 rayon sarı zona hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti