...

İranda təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb

Dünya xəbərləri Materials 11 May 2021 12:07 (UTC +04:00)
İranda təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranın mərkəzində yerləşən Ərak şəhərində yüngül təlim təyyarəsi aeroportdan qalxarkən qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, hadisə nəticəsində pilot və pilot köməkçisi həlak olub. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti