...

Çində ilk dəfə insan H10N3 quş qripinə yoluxub

Dünya xəbərləri Materials 1 İyun 2021 10:19 (UTC +04:00)
Çində ilk dəfə insan  H10N3 quş qripinə yoluxub

Bakı. Orxan Nəbiyev - Trend:

Çinin Tszyansu əyalətində dünyada ilk dəfə insanın H10N3 quş qripi virusu ilə yoluxması faktı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Çinin Səhiyyə və Gigiyena məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Qeyd olunur ki, yoluxma faktı aprelin sonunda qeydə alınıb. 41 yaşlı kişi xəstəxanaya yerləşdirildikdən sonra onun quş qripinə yoluxduğu müəyyən olunub.

Həmin virusun H10N3 quş qripi virusu olduğu mayın sonunda aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti