...

Qırğızıstanın sabiq baş naziri saxlanılıb

Dünya xəbərləri Materials 3 Avqust 2021 14:40 (UTC +04:00)
Qırğızıstanın sabiq baş naziri saxlanılıb

Bakı. Orxan Nəbiyev - Trend:

Qırğızıstanın sabiq baş naziri Temir Sariyev Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən saxlanılıb.

Trend-in məlumatına görə, baş nazir "Kumtor" qızıl yatağının işlənməsi zamanı qeydə alınan qüsurlarla əlaqədar korrupsiya ittihamı ilə məsuliyyətə cəlb edilib.

Qeyd olunur ki, T.Sariyev iqtisadiyyat naziri və yatağın işlənməsi ilə məşğul olan müvafiq dövlət komissiyasının sədri olduğu dövrdə "Kumtor" qızıl yatağının vurduğu ekoloji ziyanın həcmini azaltmaqda ittiham olunur.

Xatırladaq ki, bu işlə əlaqədar iyun ayının əvvəlində Qırğızıstanın digər sabiq baş naziri Omurbek Babanob həbs olunmuşdu.

Xəbər lenti

Xəbər lenti