...

ABŞ Əfqanıstandan 115 mindən çox şəxsi təxliyə edib

Dünya xəbərləri Materials 30 Avqust 2021 19:39 (UTC +04:00)
ABŞ Əfqanıstandan 115 mindən çox şəxsi təxliyə edib

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ avqustun 14-dən etibarən Əfqanıstandan 116 700 nəfəri təxliyə edib.

Trend-in məlumatına görə, son sutka ərzində Kabil beynəlxalq hava limanından daha 1 250 nəfər çıxarılıb.

Eyni zamanda, iyulun sonundan etibarən Əfqanıstandan təxliyə olunanların sayı 122 min nəfəri ötüb.

Qeyd edək ki, "Taliban" hərəkatı təxliyələri avqustun 31-dək başa çatdırmağı tapşırıb. Avqustun 26-da Kabil hava limanı yaxınlığında terrorçu-kamikadzelər tərəfindən iki terror aktı həyata keçirilib. Hücumda 13-ü Amerika əsgəri olmaqla 103 nəfər həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti