...

İspaniyada geniş əraziyə yayılan meşə yanğını ilə mübarizə aparılır

Dünya xəbərləri Materials 13 Sentyabr 2021 23:10 (UTC +04:00)
İspaniyada geniş əraziyə yayılan meşə yanğını ilə mübarizə aparılır

Bakı. Trend:

İspaniya yanğınsöndürənləri Malaqa vilayətində son dərəcədə ciddi meşə yanğınına qarşı beş gün mübarizə aparırlar.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" qəzeti xəbər verib.

Əndəlus Muxtar Cəmiyyətinin yanğınsöndürmə xidmətinin rəhbəri Xuan Sançes bildirib ki, ölkə son bir neçə ildə ən çətin yanğınla qarşılaşıb.

Beş gün ərzində 7,7 min hektar ərazini əhatə edən yanğın Malaqa əyalətinin təxminən 2.6 min sakininin təxliyə edilməsinə səbəb oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti