...

Bütün dünyada uşaqlar RSV virusuna kütləvi şəkildə yoluxmağa başlayıblar

Dünya xəbərləri Materials 19 Sentyabr 2021 07:34 (UTC +04:00)
Bütün dünyada uşaqlar RSV virusuna kütləvi şəkildə yoluxmağa başlayıblar

Bakı. Trend:

ABŞ, İsveçrə, Yaponiya və Böyük Britaniyada həkimlər uşaqlar arasında az tanınan tənəffüs sinsitial virusu ilə kütləvi yoluxma hallarını qeyd ediblər.

Trend-in məlumatına görə, ABŞ -da Nyu-York xəstəxanalarının birində uşaq yoluxucu xəstəliklər şöbəsinin müdiri Rabia Ağa bildirib ki, uşaqların yeni bir virusa yoluxma halları, aprel ayında tənəffüs sinsitial viruslarının yayılmasına təsir edən COVID-19 pandemiyası fonunda baş verib. Karantin tədbirləri səbəbindən uşaqlarda virusa qarşı immunitet yaranmayıb.

Körpələr və uşaqlar arasında RSV virusuna yoluxma hallarının artması koronavirus tədbirlərinin zəifləməsindən sonra baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti