...

Misir 2022-ci ildə BMT-nin iqlim ilə bağlı konfransına ev sahibliyi etməyə hazırdır

Dünya xəbərləri Materials 21 Sentyabr 2021 04:16 (UTC +04:00)

Bakı. Trend:

Misir 2022-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə Misir prezidenti Abdel Fəttah əs-Sisi Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində iqlimlə bağlı iclasda çıxış edərkən bildirib.

Prezident Aparatının rəsmi nümayəndəsi Bassam Rada "Facebook" səhifəsində yazıb ki, prezident gələn il BMT -nin iqlim dəyişikliyi ilə bağlı konfransını Afrika adından keçirməyi təklif edib.

B.Rada əlavə edib ki, ölkə prezidenti Qahirənin bu zirvə görüşünü iqlim problemləri üzrə beynəlxalq səylərdə əsaslı bir dönüş nöqtəsinə çatdırmaq üçün bütün tərəflərlə Afrika qitəsinin və dünyanın naminə koordinasiya olaraq çalışacağını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti