...

Əfqanıstanda yaşayış evinin damı çöküb, ölənlər var

Dünya xəbərləri Materials 18 Oktyabr 2021 01:06 (UTC +04:00)
Əfqanıstanda yaşayış evinin damı çöküb, ölənlər var

Bakı. Trend:

Əfqanıstanın Nəngərhar əyalətində yaşayış evinin damı çöküb.

Trend-in məlumatına görə, bu barədə yerli sakinlərə istinadən "Tolo News" telekanalı xəbər yayıb.

Məlumata əsasən, hadisə nəticəsində 6 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb. Ölənlər arasında uşaqların da olduğu qeyd edilir.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti