...

ABŞ-da partlayış təhdidinə görə hərbi baza bağlanıb

Dünya xəbərləri Materials 20 Oktyabr 2021 17:52 (UTC +04:00)
ABŞ-da partlayış təhdidinə görə hərbi baza bağlanıb

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ-ın paytaxtı Vaşinqton şəhəri yaxınlığında hərbi bazaların biri bağlanıb.

Trend-in məlumatına görə, buna hərbi bazada partlayış təhlükəsi ilə bağlı anonim zəngin daxil olması səbəb olub.

Qeyd olunur ki, zənglə əlaqədar hərbi bazaya giriş-çıxış məhdudlaşdırılıb, şəxsi heyət kazarmalara yerləşdirilib.

Hazırda hərbi baza ərazisində partlayıcı maddənin, eləcə də silahlı şəxsin axtarışları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti