...

Rusiyada koronavirusa gündəlik yoluxmada ən yüksək göstərici qeydə alınıb

Dünya xəbərləri Materials 25 Oktyabr 2021 12:52 (UTC +04:00)
Rusiyada koronavirusa gündəlik yoluxmada ən yüksək göstərici qeydə alınıb

Trend-i buradan izləyin

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada son sutka ərzində 37 930 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu, pandemiya dövründə Rusiyada qeydə alınan ən yüksək göstərici olub. Oktyabrın 23-də 37 678 yoluxma qeydə alınmışdı.

Eyni zamanda ölkədə son sutkada 1 069 nəfər vəfat edib. Oktyabrın 23-də 1 075 nəfər virusun qurbanı olmuşdu.

Bugünədək Rusiyada koronavirusa yoluxanların sayı 8,27 milyon nəfəri, ölənlərin sayı isə 231 min nəfəri ötüb.

Qeyd edək ki, yoluxma hallarının artması ilə əlaqədar paytaxt Moskvada və bir sıra digər regionlarda oktyabrın 30-dan noyabrın 7-dək qapanma elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti