Bakı. Elnur Bağışov - Trend:
İranın şimalında yerləşən Simnan vilayətində avtobusun aşması nəticəsində 3 nəfər ölüb.
Trend-in məlumatına görə, bunu İranın Simnan vilayəti Qırmızı Aypara Cəmiyyətinin direktoru Müzəffər Məhəmmədxani deyib.
M.Məhəmmədxaninin sözlərinə görə, hadisə nəticəsində 20 sərnişindən 17-i yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.