Bakı. Trend:
Yəmənin Ədən beynəlxalq hava limanının girişində minalanmış avtomobilin partladılması nəticəsində 12 nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə Al Arabiya televiziya kanalı xəbər verib.
Məlumata əsasən, minalanmış avtomobil hava limanına aparan otelin yanındakı nəzarət-buraxılış məntəqəsinin girişində partlayıb.
Terror aktına görə məsuliyyəti heç kim üzərinə götürməyib.