...

Kabildə ard-arda partlayışlar törədilib

Dünya xəbərləri Materials 2 Noyabr 2021 13:59 (UTC +04:00)
Kabildə ard-arda partlayışlar törədilib

Bakı. Orxan Nəbiyev - Trend:

Əfqanıstanın paytaxtı Kabildə hərbi hospitalın yaxınlığında ard-arda partlayışlar törədilib.

Trend-in məlumatına görə, hospitalın girişində kamikadze özünü partladıb. Daha sonra ikinci partlayış səsi eşidilib.

Partlayışlardan sonra bölgədə atışmanın baş verdiyi bildirilib.

Hadisə nəticəsində ölən və ya xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti