...

Meksikada bazarda baş verən şiddətli yanğın səbəbindən 600-ə yaxın insan təxliyə edilib

Dünya xəbərləri Materials 5 Noyabr 2021 03:48 (UTC +04:00)

Bakı. Trend:

Yanğınsöndürənlər Meksikanın paytaxtı Mexiko şəhərinin cənub-şərqində Sonora bazarında baş vermiş yanğını operativ şəkildə söndürdülər.

Trend-in məlumatına görə, bu barədə fövqəladə hallar üzrə şəhər idarəsi bildirib.

Bildirilib ki, hadisə yerində olan heyvanlar da daxil olmaqla, heç kim xəsarət almayıb, ölən olmayıb. Xilasedicilər bazar ərazisindən 600-ə yaxın müştəri və satıcını təxliyə ediblər. Şiddətli əsəb şoku keçirən beş nəfər tibbi yardım üçün müraciət edib.

İlkin məlumata görə, yanğın çoxsaylı iaşə obyektlərinin yerləşdiyi ərazidə baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti