...

Niderlandın Baş naziri COVID-19 səbəbindən qismən qapanma rejimi elan edib

Dünya xəbərləri Materials 13 Noyabr 2021 04:50 (UTC +04:00)

Bakı. Trend:

Niderlandın Baş naziri Mark Rütte ölkədə COVID-19-a yoluxma halları ilə bağlı yeni antirekord fonunda üç həftəlik qismən qapanmaların tətbiq olunduğunu elan edib.

Trend-in məlumatına görə, bu barədə "NL Times" xəbər verib.

Məlumata əsasən, bir gün əvvəl 16,3 mindən çox yeni yoluxma halı aşkar edilib.

Ölkə sakinlərinin əksəriyyəti şənbə günü axşamdan distant işləməyə başlayıb. Zəruri məhsuların satıldığı mağazalar saat 18:00-da, kafe və restoranlar saat 20:00-da bağlanmalı olacaq.

Yeni məhdudiyyətlərə əsasən evdə dörd nəfərdən çox qruplarda toplaşmaq qadağan edilir, insanlar arasında 1,5 metr məcburi məsafə qaydası yenidən tətbiq ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti