...

Rusiyada koronavirusdan ölənlərin sayı 265 mini keçib

Dünya xəbərləri Materials 22 Noyabr 2021 13:04 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada son sutka ərzində 1 241 nəfər koronavirusdan vəfat edib.

Trend-in məlumatına görə, bugünədək Rusiyada virusdan ölənlərin sayı 265 336 nəfərə çatıb.

Ötən gün ölkədə 1 252 nəfərin ölümü qeydə alınmışdı.

Eyni zamanda ölkədə son sutkada 35 681 nəfər koronavirusa yoluxub. Bugünədək Rusiyada koronavirusa yoluxanların sayı isə 9,36 milyon nəfəri ötüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti