...

Yaponiyada silahlı şəxs polislərə hücum edib

Dünya xəbərləri Materials 24 Noyabr 2021 07:40 (UTC +04:00)
Yaponiyada silahlı şəxs polislərə hücum edib

Bakı. Trend:

Yaponiyanın Toda şəhərində bıçaqla silahlanmış şəxs polis əməkdaşlarına hücum edib.

Trend-in "NHK" telekanalına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 polis əməkdaşı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, hücum edən şəxs özünə xəsarətlər yetirib və hazırda xəstəxanadadır.

Faktla bağlı araşdırma aparılır, hücumun səbəbi öyrənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti