...

Hindistanın baş qərargah rəisi həyat yoldaşı ilə birgə helikopter qəzasında həlak olub

Dünya xəbərləri Materials 8 Dekabr 2021 17:40 (UTC +04:00)
Hindistanın baş qərargah rəisi həyat yoldaşı ilə birgə helikopter qəzasında həlak olub

Bakı. Orxan Nəbiyev - Trend:

Hindistan silahlı qüvvələrinin Baş qərargah rəisi Bipin Ravat Tamilnad ştatında baş vermiş helikopter qəzası nəticəsində həlak olub.

Trend-in məlumatına görə, bu barədə Hindistan Hərbi Hava Qüvvələrinin mətbuat xidməti "Twitter" səhifəsində bildirib.

Qəza nəticəsində helikopterdə 14 nəfərdən 13-ü həlak olub. Baş qərargah rəisi ilə yanaşı, onun həyat yoldaşı da ölənlər arasında olub.

Qeyd edək ki, səhər saatlarında qəza nəticəsində dörd nəfərin həlak olduğu bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti