...

Kentukkidə tornado nəticəsində ölənlərin sayı 80 nəfəri keçib

Dünya xəbərləri Materials 12 Dekabr 2021 20:53 (UTC +04:00)
Kentukkidə tornado nəticəsində ölənlərin sayı 80 nəfəri keçib

Bakı. Trend:

ABŞ-ın Kentukki ştatında baş verən tornado nəticəsində ölənlərin sayı 80 nəfəri keçib.

Trend-in məlumatına görə, bunu "CNN" telekanalının efirində ştatın qubernatoru Endi Berşir deyib.

"Mən bilirəm ki, biz Kentukkinin 80-dən artıq sakinini itirmişik", - deyə qubernator qeyd edib.

Onun sözlərinə görə, \n çox zərər ştatın Meyfild şəhərinə dəyib. Burada şam istehsalı üzrə zavodun damı çöküb, polis idarəsi və yanğınsöndürmə məntəqəsi tamamilə dağılıb.

Təbii fəlakət həmçinin Missuri, Arkanzas, İllinoys və Tennesi ştatlarına da zərər vurub. Yalnız Kentukki və Tennesi ştatında tornado nəticəsində 200 mindən artıq insan işıqsız qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti