...

Avrokomissiya Aİ-də 5-ci peyvəndin istifadəsinə icazə verib

Dünya xəbərləri Materials 21 Dekabr 2021 02:21 (UTC +04:00)

Bakı. Trend:

Avropa Komissiyası (AK) ABŞ-ın Novavax şirkətinin peyvəndinin Aİ-də istifadəsinə icazə verib.

Trend xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen tviter hesabında məlumat verib.

O qeyd edib ki, Novavax peyvəndi təsdiqlənəndən sonra Aİ-də 5 peyvənd arasında seçim imkanı yaranıb.

Peyvənd 18 yaşdan yuxarı insanlar üçün nəzərdə tutulub. Mütəxəssislər peyvəndin Aİ-nin effektivlik, keyfiyyət və təhlükəsizlik meyarlarına cavab verdiyi qənaətinə gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti