...

Qazaxıstan hibrid terror hücumu ilə üzləşib - Dövlət Katibi

Dünya xəbərləri Materials 10 Yanvar 2022 06:46 (UTC +04:00)
Qazaxıstan hibrid terror hücumu ilə üzləşib - Dövlət Katibi

Bakı. Trend:

Qazaxıstan hakimiyyəti dövlət çevrilişi dövlət çevrilişi ola biləcək hibrid terror hücumu ilə üzləşib.

Trend-in məlumatına görə, bunu "Xəbər-24" telekanalının efirində ölkənin dövlət katibi Yerlan Karin deyib.

"Düşünürəm ki, Qazaxıstana qarşı son məqsədi ümumi sabitliyin pozulması və ya ola bilsin ki, dövlət çevrilişi olan hibrid terror hücumu ilə üzləşmişik", - deyə dövlət katibi bildirib.

Onun sözlərinə görə, hücumların arxasında kimin olduğuna dair yekun cavabı xüsusi xidmət orqanları verəcək.

"Məsələ burasındadır ki, ekspertlər bütün bu hadisələri köhnə şablonlara görə qiymətləndirirlər. Kimsə rəngli inqilablarla, məxmər inqilablarla müqayisə edir. Amma Qazaxıstana münasibətdə hesab edirəm ki, onlar səmərəsiz olardı. Ölkəmizdə vəziyyət fərqlidir və hakimiyyətin mövqeyi kifayət qədər sabitdir və bir sıra digər məqamlar - rəngli inqilabların klassik versiyalarının həyata keçirilməsinə imkan verməzdilər", - deyə Y.Karin qeyd edib.

Onun sözlərinə görə, həm Qazaxıstan vətəndaşları, həm də əcnəbi vətəndaşlar terror qruplaşmalarının hücumunun iştirakçıları kimi çıxış etdiyi üçün "daxili və müəyyən xarici qüvvələrin sui-qəsdi" var idi.

Y.Karin qeyd edib ki, prezidenti Kasım-Jomart Tokayevin qətiyyətli addımları, o cümlədən KTMT ilə bağlı adıımları Qazaxıstanda sabitliyi pozmaq planlarını alt-üst etdi. Bununla belə, Qazaxıstan vətəndaşları hələ də ayıq-sayıq olmalıdırlar.

Dövlət katibi vurğulayıb ki, Qazaxıstanda iğtişaşlar zamanı vəziyyət kritik idi, söhbət dövlətin bütövlüyünün qorunmasından gedirdi.

Onun sözlərinə görə, KTMT-nin sülhməramlı kontingentinin cəlb olunması Qazaxıstanın dövlət bütövlüyünü qoruyub saxlamağa imkan verdi.

Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Bir neçə gün ərzində onlar ölkənin bir çox şəhərlərində iğtişaşlara və dövlət orqanlarına hücumlara çevrilib. Minlərlə insan xəsarət alıb, ölənlər var. Prezident Kasım-Jomart Tokayev kömək üçün KTMT-yə müraciət edib. Sülhməramlılar artıq Qazaxıstanda öz tapşırıqlarını yerinə yetirməyə başlayıblar. Hakimiyyət orqanlarının məlumatına görə, yanvarın 7-də respublikanın bütün bölgələrində ümumilikdə nizam bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti