...

Yaponiyanın keçmiş baş naziri Toşiki Kayfu vəfat edib

Dünya xəbərləri 14 Yanvar 2022 05:48 (UTC +04:00)
Yaponiyanın keçmiş baş naziri Toşiki Kayfu vəfat edib

Bakı. Trend:

Yaponiyanın keçmiş baş naziri Toşiki Kayfu 91 yaşında vəfat edib.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, keçmiş baş nazir bazar günü, yanvarın 9-da vəfat edib. Ölümün səbəbləri barəsində məlumat verilmir.

Toşiki Kayfu 1989-cu ilin avqustundan 1991-ci ilin noyabrına qədər baş nazir vəzifəsində çalışıb. O, özünümüdafiə qüvvələrinin bölmələrinin xaricdə yerləşdirilməsini təsdiqləyən Yaponiya hökumətinin ilk rəhbəri oldu.

Hərbi qulluqçular Körfəz müharibəsindən sonra mina təmizləmə əməliyyatlarında iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti