...

Tehranda 20 Yanvar faciəsinin ildönümü qeyd edilib (FOTO)

Dünya xəbərləri 19 Yanvar 2022 16:53
Tehranda 20 Yanvar faciəsinin ildönümü qeyd edilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Elnur Bağışov – Trend:

Azərbaycanın Tehrandakı səfirliyində 20 Yanvar hadisələri ilə əlaqədar tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbir iştirakçıları qanlı yanvar gecəsi ilə əlaqədar ətraflı məlumatlandırılıb.

Tədbir çərçivəsində 20 Yanvarla əlaqədar fotosərgi nümayiş etdirilib.

Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsini təşkil edən 20 Yanvar hadisələri hər bir azərbaycanlının qəlbində kədər qədər də fəxarət hissi oyadır. Bu faciənin İran ictimaiyyətinə daha ətraflı çatdırılması üçün Azərbaycanın İrandakı səfirliyi bir sıra tədbirlər həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti