Bakı. Trend:
Əfqanıstanın Herat şəhərində baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, 10 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə yerli "Etilaat Roz" qəzeti mənbələrə istinadən bildirib.
İlkin məlumata görə, Heratın Hacı Abbas məhəlləsində sərnişin mikroavtobusu partladılıb.
"Taliban" hərəkatının regional nümayəndələri partlayışı təsdiqləyiblər.