Bakı. Trend:
Malidə "Barxan" əməliyyatında iştirak edən fransız hərbçi bazanın atəşə tutulması nəticəsində həlak olub.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı Yelisey sarayının mətbuat xidməti yayıb.
Qeyd edilir ki, 54-cü artilleriya alayının hərbçisi Fransanın Qaodakı (Malinin cənub-şərqində) hərbi bazasına minaatan hücumu nəticəsində həlak olub. Daha 9 fransız hərbi qulluqçu yaralanıb.