...

Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb

Dünya xəbərləri Materials 28 Yanvar 2022 13:13 (UTC +04:00)
Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada son sutka ərzində 98 040 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu, pandemiya dövründə ölkədə qeydə alınmış ən yüksək göstərici olub.

Əvvəlki gün 88 816 nəfərin yoluxması qeydə alınmışdı. Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 11,5 milyonu ötüb.

Eyni zamanda, son sutkada 673 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 665 nəfər idi.

Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 329 443 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti