...

Avstriyada qar uçqunu baş verib, 5 nəfər ölüb

Dünya xəbərləri Materials 4 Fevral 2022 23:53 (UTC +04:00)
Avstriyada qar uçqunu baş verib, 5 nəfər ölüb

Bakı. Trend:

Avstriyanın Şpiss şəhəri yaxınlığında qar uçqunu nəticəsində 5 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "Krona" qəzeti polisin açıqlamasına istinadən xəbər verib.

Məlumata əsasən, qar uçqunu yerli vaxtla saat 13:40-da baş verib. İlkin məlumatlara görə, yerli təlimatçı ilə İsveçdən olan bir qrup xizəkçi qarın altında qalıb.

Dörd xizəkçi ölü tapılıb, həkimlər səylərinə baxmayaraq beşinci xizəkçi də ölüb. Qrupun daha bir üzvü xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti