...

Putinin Türkiyəyə səfərinin tarixi yaxın günlərdə məlum ola bilər - İbrahim Kalın

Dünya xəbərləri Materials 8 Fevral 2022 03:53 (UTC +04:00)
Putinin Türkiyəyə səfərinin tarixi yaxın günlərdə məlum ola bilər - İbrahim Kalın

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin tarixi yaxın günlərdə məlum ola bilər..

Trend-in məlumatına görə, bunu "A Haber" telekanalına açıqlamasında Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

"Prezidentimizin Rusiya və Ukrayna prezidentləri arasında görüş təklifi kritik əhəmiyyət kəsb edir. Ukrayna bu təklifə müsbət baxır, Rusiya müsbət cavab versə, o zaman görüş baş tutacaq. Cənab Putin Türkiyəyə səfər edəcək, tarix yaxın günlərdə açıqlanacaq", - deyə İ.Kalın bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti