...

Avstraliyada köpək balığının hücumu nəticəsində bir nəfər ölüb

Dünya xəbərləri Materials 16 Fevral 2022 12:30 (UTC +04:00)
Avstraliyada köpək balığının hücumu nəticəsində bir nəfər ölüb

Bakı. Orxan Nəbiyev - Trend:

Avstraliyanın Sidney şəhərində çimərlikdə köpək balığı hücumu nəticəsində bir nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə Yeni Cənubi Uels ştatının polisi bildirib.

Qeyd olunur ki, köpək balığının hücumu barədə məlumat alandan sonra xilasedicilər suda bir nəfərin meyitini aşkar edib.

Ətraf çimərlik zonası sakinlər üçün bağlanıb.

Bu, 1963-cü ildən sonra Sidneydə insan ölümü ilə nəticələnmiş ilk köpək balığı hücumu olub.

2022-ci ilin əvvəlindən Avstraliyada dörd bu cür hücum qeydə alınıb, lakin heç bir halda ölüm baş verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti