...

ÜST-ün baş direktoru dünyanın yeni pandemiyaya hazır olmadığını bildirib

Dünya xəbərləri Materials 19 Fevral 2022 08:44 (UTC +04:00)
ÜST-ün baş direktoru dünyanın yeni pandemiyaya hazır olmadığını bildirib

Bakı. Trend:

Dünya COVID-19 pandemiyasından sonra baş verə biləcək yeni bir pandemiyaya hazır deyil.

Trend-in məlumatına görə, bunu Münhen Təhlükəsizlik Konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Forumda çıxış edən ÜST rəhbərindən yeni pandemiyanın qarşısının alınmasının mümkün olub-olmadığı soruşulub. Suala cavab verən T.Qebreyesus bildirib ki, hər şey seçimimizdən və nə qədər hazır olduğumuzdan asılıdır. "Biz uzun müddətdir deyirdik ki, dünya hazır deyil və anidən pandemiya bşaladı. Mən hələ də dünyanın hazır olmadığını görmürəm və bu məni narahat edir", - deyə ÜST-nin baş direktoru bildirib.

T.Qebreyesus pandemiyala hazırlığa adekvat investisiya yatırımının olmamasına diqqət yetirib: "Bu vəziyyətdə pandemiyaya hazır olmaq mümkündürmü? Düşünmürəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti