...

Braziliyada sel nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb

Dünya xəbərləri Materials 20 Fevral 2022 09:38 (UTC +04:00)
Braziliyada sel nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb

Bakı. Trend:

Braziliyanın Petropolis şəhərində leysan yağışlarının səbəb olduğu torpaq sürüşmələri və sel nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə "Globo" telekanalı xilasetmə xidmətlərinə istinadən bildirib.

Xilasedicilər dağıntılar altından sağ qalan 24 nəfəri çıxara bilib, 165 nəfər hələ də itkin düşmüş hesab olunur.

Axtarışlara 500 xilasedici, 200 polis əməkdaşı, o cümlədən hərbçilər və könüllülər cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti