Bakı. Trend:
Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 271 nəfər vəfat edib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 463 335 nəfər test edilib, 86 070 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 98 199 nəfər sağalıb.